30.04.2019

"Məişət tullantıları ətraf mühitə ziyandır" mövzusunda maarifləndirici tədbir keçirilib

 

Rayonun Köryədi kənd tam orta məktəbində “Məişət tullantıları ətraf mühitə ziyandır” mövzusunda maaarifləndirici tədbir keçirilib. Tədbirdə şagirdlərə bərk məişət tullantılarının insan sağlamlığına vurduğu zərər barədə ətraflı məlumat verilib. Tədbirdə çıxış edənlər məişət tullantılarının ekologiyaya mənfi təsiri, həmin tullantıların təkrar emala göndərilməsinin əhəmiyyəti haqqında danışıb.

Tədbir çərçivəsində son dövrlərdə Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində müəyyən işlər görülməsi, məişət tullantılarının çeşidlənməsi və yandırılması üzrə zavodların tikilməsi barədə şagirdlərə məılumatlar verilib. Qeyd olunub ki, bərk məişət tullantılarının çeşidlənməsi onların əhəmiyyətli hissəsinin xammal kimi təkrar istifadəyə qaytarılmasına kömək edir.

Şagirdlər məktəbə yaxın ərazilərdəki məişət tullantılarını toplayıb, onların bəzi hissələrinin təkrar emala göndərilməsi üçün aidiyyəti quruma təhvil verib.

 

 

 


Açar sözlər: ,  ,