02.05.2019

Şuranın növbəti iclası keçirilib

Rayonun şəhər 1 nömrəli tam orta məktəbin akt zalında təhsilyanı şuranın növbəti iclası keçirilib. Şura iclasında Rayon Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin rəhbərləri, qabaqcıl müəllimlər və ictimaiyyət nümayəndələri iştirak edib.

            Şurada bir sıra prioritet məsələlər , o cümlədən, məktəblərdə sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, təhsilalanlarda müsbət davranış modelinin formalaşdırılması, ailə-məktəb münasibətlərinin düzgün tənzimlənməsi kimi məsələlər müzakirə edilib. Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə məsələ ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.  Qabaqcıl müəllimlərin, təcrübəli məktəb rəhbərlərinin təklifləri dinlənilib. Valideyn assosiyasiyalarının sədrləri,psixoloqlar çıxış edərək məktəb-valideyn münasibətlərinin daha da düzgün qurulması istiqamətində gələcəkdə həyata keçiriləcək tədbirlər barədə məlumat verib

            Şura iclasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə bir qrup təhsil işçisi Rayon Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif olunub.

 

 


Açar sözlər: ,  ,