07.05.2019

"Gül" bayramı keçirilib


07 may tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş gül bayramı keçirilib. Rayonun ümumtəhsil məktəblərinin şagirdləri “Gül” bayramına maraqlı rəsmlər, əl işləri təqdimj edib. Şagirdlərin ifasında dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr edilmiş şeir parçaları və mahnılar səsləndirilib.
Rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin yetirmələri müxtəlif idman növləri nümayiş etdirib. Respublika səviyyəli yarışların qalibləri Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi tərəfindən mükafatlandırılıb.
Rayonun Çayüzü, Dağüzü, Kürəkçi, Gavran , şəhər 1nömrəli tam orta, Keçələkəran, Mamulğan, Köryədi kənd ümumi orta məktəbin şagirdlərinin əl işləri daha nümunəvi olub. 
 


Açar sözlər: ,  ,