29.05.2019

Təhsil müəssisələrinin direktor müavinləri ilə görüş keçirilib

 

Rayonun şəhər 1 nömrəli tam orta məktəbində ümumtəhsil müəssisələrinin direktor müavinləri ilə görüş keçirilib. Görüş zamanı bir sıra məsələlər, o cümlədən ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin yaradılması, risk qrupuna daxil olan təhsilalanlarla işin düzgün təşkili, bu istiqamətdə sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqları və valideynlərlə ardıcıl olaraq həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin müəyyən edilməsinə dair müzakirələr aparılıb.

Bu sahədə kifayət qədər təcrübəsi olan təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin təklif və tövsiyələri dinlənilib. Rayon Təhsil Şöbəsinin müdiri M.Səmədzadə təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə Təhsil Nazirliyinin Fəaliyyət planı barədə məlumat verərək bildirib ki, bu istiqamətdə hər bir məktəbdə qarşıda duran vəzifələr müəyyənləşdirilməli , risk qrupuna daxil olan təhsilalanlar müəyyən edilməli və onlarla işin necə təşkil olunacağı barədə təkliflər hazırlanmalıdır. Bu sahədə qabaqcıl təcrübə nümunlərindən istifadə məsələnin daha səmərəli həllinə zəmin yaradar. M. Səmədzadə bu baxımdan təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Tədbirdə çıxış edənlər valideyn-məktəb münasibətlərinin gələcəkdə daha da möhkəmləndirilməsi, məktəblərdə psixoloji xidmətin keyfiyyətinin artırılmasının vacibliyini diqqətə çatdırıblar

 


Açar sözlər: ,  ,