27.04.2016

Zərifə Əliyevanın anadan olmasından 93 il keçir

Yardımlı rayonu Zərifə Əliyeva adına uşaq bağçasında akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Öncə tədbir iştirakçıları Zərifə Əliyevanın büstü önünə tər gül-çiçək dəstələri qoydular. 

Tədbirdə Yardımlı rayonun qabaqcıl təhsil işçiləri də iştirak etmişlər. Yardımlı rayonu Horavar kənd tam orta məktəbinin gənc müəllimi Vüsalə Nurayeva çıxış edərək görkəmli akademikin həyat və fəaliyyətindən söz açdı. Gənc müəllim onuda qeyd etdi ki, Zərifə Əliyeva  fəal bir qadın kimi bu gün hər birimiz üçün örnəkdir.

Tədbirin sonunda bağçanın kiçik sakinlərinə hədiyyələr təqdim edildi.


Açar sözlər: ,  ,  ,