09.09.2019

Təhsilyanı şuranın geniş yığıncağı keçirilib

        Rayonun şəhər 1 nömrəli tam orta məktəbində təhsilyanı şuranın geniş yığıncağı keçirilib. Şuranın sədri  Manaf Səmədzadə yeni dərs ili münasibətilə yığıncaq iştirakçılarını təbrik edib, yeni-yeni uğurlar arzulayıb.

           Şurada 2018/2019-cu dərs ilinin  yekunları, 9-11-ci siniflərin buraxılış imtahanlarının nəticələri , 2019/2020-ci dərs ilində qarşıda duran vəzifələr müəyyənləşdirilib. Təhsil nazirinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrindən irəli gələn vəzifələr barədə RTŞ əməkdaşları və məktəb rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib. Buraxılış imtahanlarında zəif nəticə göstərən məktəblərin rəhbərlərinə ciddi xəbərdarlıq edilib və onlara fənn müəllimlərinin məsuliyyətinin artırılması istiqamətində tapşırıqlar veriliib.

           Yeni dərs ilində tədrisin səmərəliliyinin artırılması istiqamətində bir sıra təkliflər dinlənilib. Ötən dərs ilində nailiyyət əldə etmiş məktəblərin işi qeyd edilib.

                        .

 


Açar sözlər: ,  ,