09.09.2019

Bölmə iclasları təşkil edilib

            Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilərin bölmə iclasları keçirilib. Bölmə iclaslarının təşkil olunmasında əsas məqsəd təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin, 2018/2019-cu dərs ilinin yekunları, 2019/2020-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək və təkliflər hazırlamaq.

Azərbaycan Respublikası Təhsil nazirinin 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli,F-18 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi və əlavə tədbirlər haqqında 30.08.2019-cu il tarixli F-531 nömrəli əmrindən irəli gələn vəzifələr pedaqoji kollektivlərə çatdırılmış, tapşırıq və tövsiyələr verilmişdir.