11.09.2019

Pedaqoji şura iclasları keçirilib

Rayonun ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilinin yekunları və 2019-2020-ci dərs ilində qarşıda duran vəzifələrə həsr edilmiş pedaqoji şura iclasları keçirilib. Şura iclaslarında RTŞ-nin əməkdaşları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.

2018-2019-cu tədris ilində görülmüş işlər, yol verilmiş nöqsanlar müzakirə edilib, yeni tədris ilində həyata keçiriləcək tədbirlər müəyyənləşdirilib. Azərbaycan Respublikası Təhsil nazirinin 30 avqust 2019-cu il tarixli, F-531 nömrəli əmri barədə pedaqoji kollektivlərə geniş məlumat verilib, əmrin mahiyyəti izah olunub.

Bilik günündə ilk dərs məşğələlərinin mövzuları barədə pedaqoji kollektivlərə məlumat verilib,mövzularla bağlı şagirdlərə ətraflı məlumatların verilməsi barədə tapşırıq və tövsiyələr verilib. Yeni dərs ilində ümumtəhsil məktəblərində sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılmasının yeni dərs ilində də prioritet məsələ kimi qarşıya qoyulması diqqətə çatdırılıb.