16.09.2019

"Bilik günü" qeyd edilib

 

Rayonun ümumtəhsil məktəblərində “Bilik günü” ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə valideynlər  və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər yeni dərs ili münasibətilə pedaqoji kollektivlər, şagirdlər və məktəbə ilk dəfə qədəm qoyan birinciləri təbrik edib uğurlar arzulayıb. Ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı, müəlliml əməyinin stimullaşdırılması ilə əlaqədar  atılan addımlar barədə tədbir iştirakçılarına məlumat verilib. Ötən tədris ilində əldə olunan uğurlar barədə söz açılıb, yeni tədris ilində qarşıda duran vəzifələr barədə məlumat verilib.                                                                                                             İlk dərs saatları ibtidai siniflərdə “İdman və sağlamlıq, V-IX siniflərdə” Mütaliə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr edilib

 

 

 

 

 


Açar sözlər: ,  ,