27.09.2019

"İstedadlı şagirdlərlə işin təşkili" üzrə təlim layihəsi

Rayonun mədəniyyət sarayında təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Çayüzü kənd tam orta məktəbin direktoru Hacıabış Əhmədovun “İstedadlı şagirdlərlə işin təşkili” üzrə layihəsinin təqdimat mərasimi keçirilib.Mərasimdə RİH nümayəndələri, məktəb rəhbərləri, qabaqcıl müəllimlər, ictimaiyyət və media  nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Manaf  Səmədzadə layihə rəhbərini tədbir iştirakçıları adından təbrik edib. M.Səmədzadə layihənin gələcəkdə ümumtəhsil məktəblərində istedadlı şagirdlərlə işin təşkili, onların potensialının inkişaf etdirilməsinə müsbət təsiri barədə söz açıb.

Daha sonra layihə rəhbəri H.Əhmədov çıxış edərək rəhbərlik etdiyi təhsil müəssisəsində istedadlı şagirdlərlə həyata keçirilən tədbirlər, gələcəkdə onların potensialının inkişaf etdirilməsi istiqamətində görüləcək işlər barədə danışıb. Layihə rəhbəri gələcəkdə rayonun qabaqcıl fənn müəllimlərindən ibarət istedadlı şagirdlərlə işin təşkili üzrə vahid mərkəz yaradılmasını təklif edib.

Tədbirdə çıxış edən Təhsil institutunun şöbə müdiri Elxan Bəylərov, Bakı Humanitar kollecin direktor müavini-ekspert Afaq Əliyeva və digərləri istedadlı şagirdlərin üzə çıxarılması və onlarla işin təşkili istiqamətində təklif və tövsiyələrini bildirib.

           


Açar sözlər: ,  ,