07.10.2019

"Narkomaniya bəşəri bəladır" mövzusunda maarifləndirici tədbir keçirilib

  

    Rayonun Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Təhsil Şöbəsinin birgə əməkdaşlığı ilə şəhər 1, şəhər 2, Köryədi kənd tam orta məktəblərinin 9,10,11-ci sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya bəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.

     Tədbiri giriş sözü ilə açan Rayon Polis Şöbəsinin rəisi Arif Babayev Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər Dövlət Proqramı” barədə məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırıb. A.Babayev narkomaniyanın insan sağlamlığına zərərli təsiri, gənc nəslin narkomaniyaya qarşı mübarizə əzmində tərbiyə olunmasını ön plana çəkib. RİH nümayəndəsi E.Hüseynov tədbirdə çıxış edərək gənc nəslin milli-mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması, adət-ənənlərimizi dərindən öyrənməsi, sağlam həyat tərzinin tərzinə üstünlük verməsinin önəmindən danışıb. E.Hüseynov gənclərimizin gələcəyimizin təməli olması və bu təməlin möhkəm qoyulmasında sağlam həyat tərzinin rolu barədə söz açıb.

      Tədbirdə çıxış edən RTŞ əməkdaşı A.Məmmədov, RİH nümayəndəsi M.Əsgərov və digərləri narkomnaiya ilə mübarizənin hər bir vətəndaşın mənəvi borcu olduğunu, yeniyetmə və gənclər arasında bu istiqamətdə maarifləndirici işlərin daim diqqət mərkəzində saxlanmasının vacibliyini diqqətə çatdırıb

                                  

                                                                                                                                                                                                                                                                                                                                                                                                                            

                                                                                                                                                                    


Açar sözlər: ,  ,