10.10.2019

Yeni modul tipli məktəblər istifadəyə verilib

Rayonun  Şıxlar kəndində 80 yerlik , Bilnə  kəndində 40 yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib. Açılış mərasimində Rayon İcra Hakmiyyəti Başçısı Ayaz Əsgərov , idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən hər iki məktəbin direktoru Şəqavət Novruzov, Himayət Rufullayev son illərdə təhsilə dövlətin diqqət və qayğısı , təhsil sahəsində həyata keçirilən islahatlardan söz açıb. Məktəb rəhbərləri yeni məktəblərin ənənəvi məktəblərdən fərqi , istiliyi, rahatlığı barədə məlumat verərək şagird və müəllimlər üçün yaradılmış yüksək səviyyəli şərait barədə danışıb

Gənc müəllimlərdən Rəşad Bayramov, Elnurə Allahverdiyeva çıxış edərək dövlətin gənc müəllimlərə diqqət və qayğısı, onlara tətbiq olunan güzəştlərin  fəaliyyətlərinə stimul yaratdığını diqqətə çatdırıb.   

Tədbirdə çıxış edən valideynlər və ictimaiyyət nümayəndələri yeni tikilən təhsil ocaqlarına  görə dövlətimizin Başçısına minnətdarlığını bildirib.

           

                                                                                                                                             

                                                                                                                                                                        

 

         


Açar sözlər: ,  ,  ,