17.10.2019

Yeni məktəb binası istifadəyə verilib

Rayonun Avun kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib. Məktəbin açılış mərasimində RİH Başçısı Ayaz Əsgərov çıxış edərək dövlətin təhsilə göstərdiyi diqqət və qayğı, məktəb binalarının tikintisi, müəllimlərin əmək haqqının hər il artırılmasından danışıb. A.Əsgərov  məktəbin açılışı münasibətilə şagird və müəllimləri, kənd ictimaiyyətini təbrik edib.

Tədbirdə çıxış edən kənd ağsaqqalları məktəbin açılışının kənd camaatının böyük sevincinə səbəb olduğunu diqqətə çatdırıb. Ağsaqqallar kənd əhalisi adından ölkə başçısına minnətdarlıqlarını bildirib.

Məktəbin gənc müəllimi Hikmət Hüseynov gənc müəllimlərə dövlət qayğısı tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirdi ki, ölkədə istər məktəb tikintiləri, istər müəllimlərin əməyinin stimullaşdırılması gənc müəllimlərin bu peşəyə sevgisini bir daha artırır.

            Məktəbin şagirdləri tədbirdə çıxış edərək müasir tipli məktəbdə onlar üçün yaradılmış şəraitə görə cənab Prezidentə təşəkkürlərini bildirib.

 

 


Açar sözlər: ,  ,