25.10.2019

"İstedadlı şagirdlərlə işin təşkili" üzrə təlimə start verilib

Rayonun Çayüzü kənd tam orta məktəbində “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində “İstadadlı şagirdlərlə işin təşkili” üzrə 4 günlük təlim təşkil edilib. Təlimə məktəb direktorları, direktor müavinləri, qabaqcıl müəllimlər, RTŞ-nin məsləhətçi və metodistləri cəlb edilib. Təlimdə rayonun ümumtəhsil məktəblərində istedadlı şagirdlərlə işin təşkili, onların potensialının inikişafı istiqamətində həyata keçiriləcək tədbirlər , həmin şagirdlərlə psixoloji işin təşkili , bu sahədə beynəlxalq təcrübə barədə  təqdimatlar nəzərdə tutulub. Fənn olimpiadalarına istedadlı şagirdlərin düzgün seçimi, onlarla ilboyu aparılacaq işin səmərəliliyinin artırılması istiqamətində müzakirələr və qabaqcıl təcrübə nümunələrinin tətbiqi təlimin əsas mövzularından biri kimi müəyyənləşdirilib.

Təlim Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, psixologiya elmlər doktoru Elxan Bəylərov və TİPİ-nin əməkdaşı Afaq Əliyeva tərəfindən həyata keçirilir.

 


Açar sözlər: ,  ,