13.11.2019

Gənc müəllimlərlə növbəti görüş təşkil edilib

Rayonun ümumtəhsil məktəblərində çalışan gənc müəllimlərlə görüşlərin növbəti mərhələsi təşkil edilib. Köryədi kənd tam orta məktəbində yaxın və ətraf kəndlərdə çalışan gənc müəllimlər və məktəb rəhbərləri ilə təşkil olunmuş görüşdə Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə onların problemləri ilə tanış olub, təkliflərini dinləyib. Gənc müəllimlər çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı doğruldacaqlarına söz verib. Qabaqdibi kənd tam orta məktəbin müəllimi, MİQ-də 55 bal toplamış Adışlı Alim çıxış edərək məktəbdə ona göstərilən diqqət və qayğı, şagirdlərdə tədris etdiyi fənnə qarşı  qısa zaman ərzində sevgi hissinin yaratdığı barədə danışıb. Dəlləkli kənd ümumi orta məktəbin ingilis dili müəllimi Qurbanova Ellada gənc müəllimlərə pedaqoji dəstək məqsədilə məktəblərarası əməkdaşlığın davam etdirilməsi, qabaqcıl təcrübə nümunələrinin gənc müəllimlər arasında yayılması təkilifini irəli sürüb.

Digər çıxış edənlərdən şəhər 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Süleymanova Günel, Ostayır kənd tam orta məktəbin tarix müəllimi Məcidli Sadiq dövlətin təhsilə qayğısı, istedadlı şagirdlərlə işin təşkili, şagirdlər arasında vətənpərvərlik tərbiyəsinin formalaşdırılması kimi məsələlər barədə danışıb.

Sonda bir neçə gənc müəllim səmərəli fəaliyyətinə görə RTŞ-nin fəxri fərmanı ilə təltif olunub.

 


Açar sözlər: ,  ,