25.11.2019

Xarici dilin tədrisi vəziyyətinin monitorinqi aparılıb

            ​Rayonun Şəfəqli kənd tam orta məktəbində xarici dilin tədrisi vəziyyətinin monitorinqi aparılıb. Məktəbin ingilis dili müəllimi Həbib Qənbərovun açıq dərsi təşkil edilib. Dərs zamanı şagirdlərin şifahi şəkildə eşitdiklərini başa düşdükləri, öz fikirlərini şifahi və yazılı ifadə edə bilmək bacarığı nümayiş etdirdikləri müşahidə edilib.

H.Qənbərov şagirdlərin şəxsiyyətinin inkişaf etdirilməsi ilə yanaşı onların linqvistik qabiliyyətinin üzə çıxarılmasına, nitq inkişafına böyük maraq və həvəs yaratmaq üçün müxtəlif təlim metodlarından istifadə etməklə nail olub. Şagirdlərdə xarici dilə daha böyük həvəs yaratmaq istiqamətində dərsdənkənar məşğələlər təşkil edilib. Onlar dərs zamanı əldə etdikləri bilik və bacarıqları məşğələlər zamanı daha da möhkəmləndirir. Şagirdlər dilini öyrəndikləri ölkəyə qiyabi səyahət edir, xaricilərlə məktublaşır, öz ailəsində xarici qonaqları qəbul edərkən onlarla ünsiyyət qurmaq qabiliyyətinə yiyələnirlər.

Məktəbdə tez-tez dil gecələri və müsabiqələr, viktorinalar təşkil edilir. Şagirdlərin xarici dil bacarıqlarının proqram tələblərinə uyğunluğu müzakirə edilir, müəllimlərin peşəkarlığının artırılması istiqamətində onların müxtəlif treninq və kurslara cəlb edilməsi təmin edilir.


Açar sözlər: ,  ,