27.11.2019

Əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi 

Rayonun Arus kənd tam orta məktəbində “Əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi” mövzusunda seminar təşkil edilib. Seminarda RTŞ-nin əməkdaşları, məktəb rəhbərləri, psixoloq, sinif rəhbərləri, fənn müəllimləri iştirak edib. Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə dövlətin təhsil siyasəti, təhsil sahəsində aparılan islahatlar, gənc müəllimlərə dövlət dəstəyi barədə geniş məlumat verib. M.Səmədzadə onu da bildirib ki, ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 may 2019-cu il tarixli, F-260 nömrəli əmrindən irəli gələn vəzifələr təhsil müəssisələrində ilboyu diqqət mərkəzində saxlanılmalı, bu sahədə hər bir təhsil işçisinin üzərinə düşən vəzifə layiqincə yerinə yetirilməlidir.

Seminarda bir sıra məsələlər, o cümlədən məktəb-valideyn münasibətlərinin daha səmərəli formalaşdırılması, valideyn assosiasiyalarının fəaliyyətinin gücləndirilməsi kimi məsələlər müzakirə edilib. Seminarda o cümlədən şagirdlərin fərdi-psixoloji xüsusiyyətlərinin yaxından öyrənilməsi, şagird-müəllim münasibətlərinin düzgün qurulması, istedadlı şagirdlərin aşkar edilməsi və onlarla işin təşkili, məktəbdənkənar tədbirlərin təşkilinin səmərəliliyinə nail olunması kimi prioritet məsələlərə toxunulub.

Sonda bir qrup müəllim səmərəli pedaqoji fəaliyyətinə görə Fəxri fərmanla təltif olunub

 

 


Açar sözlər: ,  ,