29.11.2019

Açıq dərs təqdim olunub

Rayonun şəhər 2 nömrəli tam orta məktəbində Qədir Rufullayevin VI sinifdə açıq dərsi təşkil edilib. Açıq dərsdə RTŞ-nin müdiri Manaf Səmədzadə və digər təhsil işçiləri iştirak edib. Şagirdlərə ədədin istənilən  faizinin  tapılması qaydası resurslar vasitəsilə izah edilib, ədədin tam və bölünən hissələri barədə nümunələr numayiş etdirilib. Faizdən hansı sahələrdə istifadə olunması barədə məlumat verilib. Maraqlı resurslardan istifadə şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə imkan yaradıb. Adi kəsr və onluq kəsrlərlə ifadə olunmuş hissələrin faizlə ifadə olunması, faizə görə ədədin taplması yolları  izah edilib.

Şagirdlər qruplara bölünüb, hər qrupa ədədin faizinin tapılmasına dair müxtəlif  tapşırıqlar verilib. Qrup üzvlərinin əməkdaşlığı, onların sərbəst qərarvermə bacarığı müşahidə edilib. Müəllim istiqamət verərək qrupların müstəqil  işləməsi üçün şərait yaradıb. Məlumat mübadiləsi və müzakirəsi aparılıb, şagirdlər verilən tapşırıqları sərbəst yerinə yetirib və  təqdim ediblər.  Qiymətləndirmə mərhələsində qruplar bir birinin işini qiymətləndirib və yekun nəticəyə gəlinib. 

Açıq dərsin təhlili və müzakirəsi aparılıb. Dərsin mərhələləri ayrı-ayrılıqda təhlil olunub. RTŞ-nin müdiri Manaf Səmədzadə irad və tövsiyələrini bildirib.

                                  

 


Açar sözlər: ,  ,