05.12.2019

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər

 

Rayonun ümumtəhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş silsilə tədbirlər təşkil edilib. Tədbirlərdə Ulu öndərin həyat və faəliyyətinə bir daha nəzər salınır, şagirdlərin ifasında dahi şəxsiyyətə həsr olunmuş şeirlər səsləndirilir. Heydər Əlievin Azərbaycanın müstəqilliyi, çiçəklənməsi naminə həyata keçirdiyi genişmiqyaslı layihələr, ölkəmizin dünyada tanınması üçün atdığı addımlar barədə şagirdlərə geniş məlumatlar çatdırılır.

Şəhər 1, şəhər 2 nömrəli, Çayüzü, Köryədi kənd tam orta məktəblərində “Heydər Əliyev və Azərbaycan təhsili”, “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda təşkil ounan  “dəyirmi masa” da şagirdlər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi uğrunda gördüyü işlər barədə məlumat verilib.

Məktəblilər Heydər Əliyevin abidəsini ziyarət edir, önünə gül dəstələri düzür. Heydər Əliyev Mərkəzində Ümummilli liderə həsr olunmuş maraqlı kitablar və fotoşəkillərlə tanış olurlar. Ümumtəhsil məktəblərində “ Heydər Əliyev haqqında nə bilirəm” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.


Açar sözlər: ,  ,