09.12.2019

Açıq dərs

Rayonun şəhər 2 nömrəli tam orta məktəbində Azər Abdulovun fizika fənni üzrə 7-ci sinifdə “Elastiklik qüvvəsi Huk qanunu” mövzusunda açıq dərs təşkil olunub. Açıq dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib

Dərs zamanı şagirdlərə elastiklik qüvvəsinin yaranması və istiqaməti barədə məlumat verilib, Huk qanunu izah edilib.

Müəllim Azər Abdulov mövzuya dair resurslardan istifadə edərək təcrübə aparıb. Aparılan təcrübə şagirdlərin böyük marağına səbəb olub. Şagirdlər mövzuya dair müxtəlif suallar səsləndirib. Onlar elastiki cisimə təsir edən qüvvənin təsirindən əmələ gələn deformasiyanın tətbiq olunan qüvvə ilə mütənasiblik təşkil etməsi, deformasiyanın növləri barədə məlumatlar əldə edib.

            Dərs prosesində qruplara mövzuya dair tapşırıqlar verilib. Qruplar tapşırıqları ardıcıllıqla təqdim edib. Sonda qrup işləri qiymətləndirilib.

 


Açar sözlər: ,  ,