13.12.2019

"Dəyirmi masa" keçirilib

Azərbaycan Respublikası Təhsil nazirinin 2019-2020-ci dərs ilində qarşıda duran vəzifələrə dair 30 avqust 2019-cu il tarixli F-531 nömrəli və 13 may 2019-cu il tarixli F-260 nömrəli əmrinin icrası vəziyyətinə dair “Dəyirmi masa” təşkil olunub. Rayonun Sırıq, Ostayır,Vəlixanlı kənd tam orta və Mamulğan kənd ümumi orta məktəb rəhbərlərinin hesabat məruzələri dinlənilib.

 Hesabat məruzələrində əmrdə göstərilən məsələlərin ümumtəhsil müəssisələrində icrası istiqamətində həyata keçirilmiş tədbirlər barədə geniş məlumatlar qeyd olunub. Təhsil müəssisələrində ibtidai siniflərdə şagirdlərin oxu, yazı və riyazi bacarıqlarının monitorinqi, xarici dil və informatika fənninin tədrisi vəziyyəti, istedadlı şagirdlərlə işin təşkili kimi məsələlər müzakirə edilib.

RTŞ-nin müdir müavini M.Niyazova ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsinə dair layihə təqdim edərək göstərib ki, qeyd olunan məsələyə dair müntəzəm tədbirlər həyata keçirilir, təhsilalanların bilik və bacarıqlarının müasir tələblər səviyyəsində təşkili istiqamətində müxtəlif forma və üsullar tətbiq olunur.

Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə sözügedən məsələlərin daha səmərəli həyata keçirilməsi istiqamətində tapşırıq və tövsiyələr verərək bildirib ki, məktəblərdə sağlam mənəv-psixoloji və təhlükəsiz mühitin yaradılması təhsil işçilərinin qarşısında duran ən aktual məsələlərdəndir və məktəb rəhbərləri bu məsələy xüsusi diqqət yetirməlidir.