21.12.2019

"İstedadlı şagirdlərlə işin təşkili" üzrə növbəti təlim təşkil edilib

 

       

         Rayonun Çayüzü kənd tam orta məktəbində “İstedadlı şagirdlərlə psixoloji işin təşkili” mövzusunda 3 günlük təliom keçirilib. Təlimə rayonun ümumtəhsil məktəblərinin rəhbərləri,psixoloqlar,gənc müəllimlər cəlb edilib. İstedadlı uşaqların vaxtında aşkar edilməsi, dəstəklənməsi və inkişafının təmin edilməsi təlimin prioritet məqsədlərindən olub. Təlim əsnasında istedadların psixoloji durumu və təlimi sahəsində daim yeniləşən biliklərin əldə olunması, psixoloq, fənn müəllimləri,sinif rəhbərləri, valideynlərlə əməkdaşlığın lazımı səviyyədə qurulması kimi məsələlər barədə istiqamətlər verilib, dünyada bu sahədə qabaqcıl təcrübə nümunələri haqqında danışılıb.

   Təlimdə sağlamlıq imkanları məhdud təhsilalanların arasında istedadlılarının aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi, həmin şagirdlərlə psixoloji işin təşkili sahəsində həyata keçirilməli tədbirlər barədə ətraflı məlumatlar verilib.Bu istiqamətdə müdavimlərin təklif və tövsiyələri dinlənilib

 

 

 

 

    

 

 


Açar sözlər: ,  ,