25.12.2019

Məktəblərarası pedaqoji əməkdaşlıq əlaqələri yaradılıb

Rayon Təhsil Şöbəsinin 09 dekabr 2019-cu il tarixli 77/1 nömrəli əmrinə əsasən rayonun ümumtəhsil məktəbləri arasında pedaqoji əməkdaşlıq əlaqələri yaradılıb. Əməkdaşlıq əlaqələrinin yaradılmasında məqsəd qabaqcıl təcrübə nümunələrinin yayılması, gənc müəllimlərə metodiki dəstək və təhsilin keyfiyyətinin arırılmasından ibarətdir. Məktəblərarası pedaqoji əməkdaşlıq əsanasında açıq dərslər təşkil olunur, müzakirələr aparılır, müasir təlim texnologiyalarının tətbiqi vəziyyəti təhlil olunur.

Bundan əlavə ayrı-ayrı məktəblərin şagirdləri arasında müxtəlif bilik və idman yarışları, müsabiqələr və intellektual oyunlar keçirilir. Məktəblərdə müasir idarəetmə metodları, fənlərin tədrisində yenilikllərin tətbiqi, istedadlı şagirdlərlə işin təşkili və onların psixoloji inkişafının dəstəklənməsi kimi məsələlərdə qabaqcıl təcrübənin öyrənilməsi pedaqoji əməkdaşlığın prioritet məsələlərindəndir.

            Rayonun şəhər 1, şəhər 2 nömrəli, Çayüzü, Köryədi, Urakəran kənd tam orta məktəblərdə pedaqoji əməkdaşlığın daha səmərəli təşkili, bu sahədə adıgedən məktəblərin pedaqoji kollektivlərinin maraqlı təklifləri yüksək qiymətləndirilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Açar sözlər: ,  ,