26.12.2019

Açıq dərs

        

         Rayonun Bozayran kənd tam orta məktəbində İbrahimov Mirmövsümün  9-cu sinifdə riyaziyyat fənni üzrə “Modul işarəsi daxilində olan tənliklər”, Paşayeva Nuranənin Azərbaycan dili fənni üzrə “Təyin” mövzusunda açıq dərsləri təşkil edilib. Açıq dərslərdə Rayon Təhsil Şöbəsinin rəhbərliyi, metodist müəllimlər iştirak edib. Dərslər müasir təlim texnologiyalarının tələbləri səviyyəsində qurulub.İKT-nin imkanlarından istifadə olunub. Şagirdlərə hər iki fənn üzrə tədris olunan mövzular barədə geniş məlumat verilib. Dərslərin əsas məzmunu slayd formasında hazırlanmış materialda öz əksini tapıb. Hər iki mövzu üzrə tədqiqat sualları qruplar tərəfindən cavablandırılıb.

          Dərslər zamanı şagirdlərin sərbəstliyi, fəallığı müşahidə edilib. Qrup üzvlərinin əməkdaşlığı, suallar ətrafında müzakirələri şagirdlərin məntiqi təfəkkürünün lazımı səviyyədə formalaşdırılmasını biruzə verib. Qiymətləndirmə mərhələsi qruplara həvalə olunub.

           Sonda “açıq dərs”də izləyici qismində iştirak edən qonaqların dərsin gedişatı ilə bağlı fikirləri dinlənilib

        

 


Açar sözlər: ,  ,