17.01.2020

20 Yanvar faciəsinin otuzuncu ildönümü qeyd edilib

Azərbaycan Respublikası təhsil nazirinin 29 dekabr 2019-cu il tarixli F-771 əmrinə əsasən rayonun ümumtəhsil müəssisələrində 20 Yanvar faciəsinin  otuzuncu ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib. Rayonun ayrı-ayrı məktəblərində bu məqsədlə xüsusi toplantılar , konfrans, seminar, mühazirə və dəyirmi masalar təşkil olunub. Divar qəzetlərinin xüsusi buraxılışlarında 20Yanvar hadisələri barədə məlumatlar dərc olunub. Bundan əlavə ümumtəhsil və məktəbdənkənar müəssisələrdə kitab, foto və rəsm sərgisi, ədəbi-bədii kompozisiyalar təşkil edilib.

Rayonun şəhər 1 nömrəli, Çayüzü, Gavran, Bozayran  kənd tam orta məktəblərində qonşu məktəblərin VIII-XI sinif şagirdləri arasında “Şəhidlər unudulmur” mövzusunda rəsm və inşa yazı müsabiqəsi keçirilib. Məktəblilərin Şəhidlər xiyabanına, o cümlədən şəhid məzarlarına ziyarəti təşkil olunub.

Ümumtəhsil məktəblərində 17 yanvar 2020-ci il tarixdə 20 Yanvar faciəsinin otuzuncu ildönümü həsr olunmuş xüsusi dərslər tədris olıunub.

 

 


Açar sözlər: ,  ,