30.01.2020

"Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsi keçirilib

Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinə əsasən “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətinddə rayonun şəhər 1 nömrəli tam orta məktəbində ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqədə şagirdlər Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqlarına dair sualları cavablandırıb. Şagirdlər 8-ci sinflər üzrə 20, 9-11-ci siniflər üzrə 25 sualdan ibarət test tapşırıqlarını yerinə yetirib. Testlər rayonun qabaqcıl ədəbiyyat müəllimləri tərəfindən tərtib olunub və komissiyaya təqdim olunub. Müsabiqədə 63 nəfər şagird iştirak edib.

Müsabiqədə əsasən bədii ədəbiyyat oxumağa meyl və maraq göstərən, Azərbaycan və dünya ədəbiyyatı nümunələrini davamlı mütaliə edən şagirdlər cəlb edilib.

 

 


Açar sözlər: ,  ,