06.02.2020

Sınaq imtahanlarının nəticələri təhlil edilib

Rayonun Köryədi kənd  tam orta məktəbində 14 dekabr 2019-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən 9-cu  siniflər üzrə mərkəzləşdirilmiş sınaq imtahanlarının nəticələrinə həsr olunmuş geniş təhsilyanı şura yığıncağı keçirilib. Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə sınaq imtahanında ayrı-ayrı ümumtəhsil məktəblərinin nəticələri barədə məlumat verərək bildirib ki, nəticələri yüksək olan məktəblərin pedaqoji kollektivlərinin fəaliyyəti təqdirəlayiqdir. M.Səmədzadə bildirdi ki, nəticələri aşağı olan, dinamikasında gerilik müşahidə edilən məktəblərin rəhbərləri və pedaqoji kollektivləri bu haldan nəticə çıxarmalı və işlərində dönüş yaratmalıdır.

Şura yığıncağına dəvət olunan sınaq imtahanında aşağı nəticə göstərən məktəblərin fənn müəllimləri şagirdlərin nəticələri barədə çıxış edərək göstəriblər ki, buraxılış imtahanlarına qədər bu istiqamətdə səylə çalışacaq, nəticələrin yüksəlməsi istiqamətində tədbirlər həyata keçirəcəklər.

Məsələyə münasibət bildirən şura üzvləri, məktəb rəhbərləri nəticələrin yaxşılaşdırılması istiqamətində təklif və tövsiyyələrini bildirdilər.

Sınaq imtahanının reytinq cədvəlində ön sıralarda olan məktəblərin pedaqoji kollektivləri RTŞ-nin fəxri fərmanları ilə təltif olunub.

 

 


Açar sözlər: ,  ,