25.02.2020

Hesabat yığıncağı keçirilib

Rayonun Şəfəqli kənd tam orta məktəbində Azərbaycan Respublikası Təhsil nazirinin 09 dekabr 2019-cu il tarixli F-717/1 nömrəli əmrinin icra vəziyyətinə dair hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında rayonun Nisəqala, Urakəran, Osnakəran, şəhər 4 nömrəli, Şəfəqli kənd tam orta və Bilnə kənd ümumi orta məktəblərin direktorlarının hesabatı dinlənilib.

Hesabat məruzələri ətrafında çıxıç edən RTŞ əməkdaşları və məktəb rəhbərləri əmrdə nəzərdə tutulan məsələlərin daha səmərəli həyata keçirilməsi, o cümlədən məktəblərdə şagirdlər arasında mütaliə vərdişlərinin formalaşdırılması  istiqamətində təklif və tövsiyələrini bildirib.

Ümumtəhsil məktəblərində müvafiq əmrin yerinə yetirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə göstərib ki, təhsil müəssisələrində qarşıda duran ən başlıca vəzifələrdən olan təhsilalanların milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasıdır. Bu istiqamətdə rayonun ümumtəhsil məktəblərində görülən işlər öz müsbət nəticəsini verməkdədir. Əmrin icrası ilə əlaqədar həyata keçirilən tədbirlər tədris ili boyu davam etdiriləcək. M.Səmədzadə məktəb rəhbərlərinin qarşısında duran əsas vəzifələri bir daha diqqətə çatdıraraq tövsiyələrini verib

 

 

 

 

 


Açar sözlər: ,  ,