03.03.2020

Dezinfeksiyaedici tədbirlər davam edir

Son günlər virusla əlaqədar təhsil müəssisələrində dezinfeksiyaedici tədbirlər intensiv xarakter alıb.Rayonun ümumtəhsil məktəblərinin böyük əksəriyyətində müvafiq tədbirlər həyata keçirilib. Məktəblərdə sanitar  epidemioloji vəziyyətə nəzarət gücləndirilib. Cari ilin yanvar ayından Təhsil Nazirliyi tərəfindən məktəblərə göndərilən dezinfeksiyaedici məhlulları vasitəsilə müvafiq tədbirlər həyata keçirilib.

Ümumtəhsil müəssisələrində 03-09 mart 2020-ci il tarixlərində təlim-tərbiyə prosesinin dayandırılması məktəblərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərinin daha operativ və genişmiqyaslı təşkil olunmasına zəmin yaradıb.Hal-hazırda məktəblərdə dezinfeksiya tədbirləri davam etdirilir. Paralel olaraq rayonun Səhiyyə Şöbəsi ilə birgə valideynlər arasında maarifləndirmə tədbirləri həyata keçirilir. Zərurət olduğu halda uşaqların poliklinikaya yönləndirilməsi məsələlərinə nəzarət gücləndirilib.

Rayonun ümumtəhsil müəssisələrinin şagirdləri üzrə hal-hazırda virusa yoluxma halı qeydə alınmayıb.


Açar sözlər: ,  ,