19.05.2016

Təhsilyanı Şura iclası keçirilib

Yardımlı şəhər 1 nömrəli tam orta məktəbinin akt zalında Yardımlı Rayon Təhsil Şöbəsinin Şura iclası keçirilmişdir. İlk öncə Yardımlı Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə çıxış edərək iclasda iştirak edən məktəb rəhbərləri ilə  möhtərəm prezident İlham Əliyevin sərəncamı ilə yeni yaradılmış 14 saylı ərazi maliyyə hesablaşma mərkəzinin direktoru, Ehtiram Muxtarovu tanış etdi.

Ehtiram Muxtarov yeni yaranmış mərkəzin fəaliyyət istiqamətini açıqladı. Məktəb rəhbərlərinə qarşıda görüləsi işlər barədə tövsiyyə və göstərişlərini verdi. Direktorlarla dialoq quruldu mərkəzin rəhbəri ona ünvanlanmış sualları cavablandırdı.

İclasda imtahana hazırlıq barədə söhbət aparılmış və məktəb rəhbərləri imtahan mərkəzləri ilə tanış edilmişdir. Şagird məzun sistemində, şagirdlər haqqında daxil olmayan məlumatların olduğu bildirilmiş və bu çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilmişdir.

Daha sonra fənn olimpiadalarının nəticələri haqqında məsələ müzakirə edilmişdir. Keçirilən olimpiadalar barədə Yardımlı Rayon Təhsil Şöbəsində tədbirlər planı hazırlandığı və məktəb rəhbərlərinə müvafiq tapşırıqların verildiyi bildirilmişdir. Şura iclasında bu barədə qərar qəbul edilmiş və Yardımlı Rayon Təhsil Şöbəsi yanında Metodmərkzə tapşırılmışdır ki, fənn olimpiadalarının gələcəkdə keçirilməsi üçün tədbirlər planı hazırlayıb həyata keçirisinlər.


Açar sözlər: ,  ,