20.05.2016

"Şəhid Nurəddin Mirzəyev"in xatirəsinə həsr olunmuş tədbir keçirilib

19 may 2016-cı il tarixdə Yardımlı rayon Köryədi kənd tam orta məktəbinin idman zalında Şəhid Nurəddin Mirzəyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Yardımlı rayon Təhsil Şöbəsi  və Yardımlı rayon Gənclər və İdman idarəsi ilə birlikdə təşkil edilən tədbirdə rayon  rəsmiləri və Şəhidin atası iştirak etmişdir.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Dağüzü və Köryədi kənd tam orta məktəbin şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompazisiya nümayiş olunub.Şairlərimiz vətənpərvərlik mövzusunda öz şerlərini oxuyublar. Daha sonra zal idmançıların ixtiyarına verilib. Məşqçi-müəllim Nazim Rzayevin yetirmələri maraqlı idman proqramı ilə çıxış ediblər.

Sonda Şəhidin atası Etimad Mirzəyev minətdarlıq çıxışı edib.
 


Açar sözlər: ,  ,