Manaf Səlim oğlu Səmədzadə

 

02 noyabr 1970-ci ildə Yardımlı rayonunun Şıxlar kəndində anadan  olmuşdur.

1988-1993-cü illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsində oxumuşdur. 1993-2003-cü illərdə Yardımlı rayon Şıxlar kənd tam orta məktəbində riyaziyyat müəllimi işləmişdir. 2003-2010-cu ilin dekabr ayına kimi Şıxlar kənd tam orta məktəbin direktoru vəzfiəsində işləmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirinin 48-25-8770/16 saylı 13 dekabr 2010-cu il tarixli  razılıq məktubu və Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının  21 dekabr 2010-cu il tarixli 173 nömrəli əmri ilə Yardımlı rayon Təhsil Şöbəsinin müdiri təyin edilmişdir.

2007-ci il 3 oktyabr tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının “Əməkdar müəllim”i fəxri adına layiq görülmüşdür.

Təhsil Problemləri İnstitutunun dissertantıdır. 

I dərəcəli Dövlət Qulluqçusudur.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir 4 övladı var.