"Pedaqoji əməkdaşlıq əlaqələri" çərçivəsində növbəti tədbir həyata keçirilib

Rayonun Gavran və Nisəqala kənd tam orta məktəblərində “Pedaqoji əməkdaşlıq əlaqələri” çərçivəsində növbəti tədbir həyata keçirilib.

            Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları adları qeyd olunan məktəblərdə açıq dərslərdə iştirak edib, ustad dərslər keçib, müasir təlim metodları, təhsil sahəsində tətbiq olunan yeniliklər barədə fikir mübadiləsi aparıblar.

            Nisəqala kənd tam orta məktəbin direktoru Şükürağa Şahbazovun iş təcrübəsi öyrənilib. Məktəbin fəaliyyəti, uğurları barədə videçarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,