Rayonun ümumtəhsil məktəblərində şagirdlərin oxu və yazı bacarıqlarının formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir.  

Rayonun ümumtəhsil məktəblərində Azərbaycan Respublikası Təhsil nazirinin 25.08.2017-ci il tarixli 254 nömrəli əmrinin icarsı istiqamətində tədbirlər davam etdirilir.  Fənn müəllimləri şagirdlərin oxu strategiyalarına yiyələnməsi, yazı vərdişlərinin inkişaf etdirilməsi və busahədə  problemləri olan şagirdlərin aşkara çıxarılması üçün hər bir təhsil səviyyəsi əhatə edilməklə məktəblərdə oxu həftələri , bədii qiraət gecələri, yaradıcı yazı günləri , imla və ifadə aylıqları və digər bu kimi tədbirlər həyata keçirilir. Rayonun Şəhər 1 nömrəli, Çayüzü, Dağüzü , Kürəkçi, Bozayran kənd tam orta məktəblərində şagirdlərin oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi istiqamətində aparılan işlər öz səmərəli nəticəsini verməkdədir.


Açar sözlər: ,  ,  ,