Açar söz: tədbir
Nəticə tapılıb: 50
11.06.2019

"Narkomaniyaya yox deyək"

Rayonun şəhər 1 nömrəli tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Rayon Polis Şöbəsi, Rayon Təhsil Şöbəsi, Gənclər İdman İdarəsinin birgə əməkdaşlığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə bildirib ki, ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, XXI  əsrdə də problemlər sırasında qalmaqdadır. Belə halların ümumtəhsil məktəb şagirdləri arasında baş verməməsi üçün Rayon Təhsil Şöbəsi mütəmadi olaraq aidiyyəti qurumlarla birgə təhsil müəssisələrində maarifləndirici tədbirlər həyata keçirir. Və bu tədbirlərin nəticəsi olaraq ümumtəhsil müəssisələri üzrə şagirdlər arasında belə fakt aşkarlanmamışdır. Bu hal bizi çox sevindirir. Belə tədbirlər bundan sonra da davam etdiriləcəkdir.

Ətraflı
30.04.2019

"Məişət tullantıları ətraf mühitə ziyandır" mövzusunda maarifləndirici tədbir keçirilib

Rayonun Köryədi kənd tam orta məktəbində “Məişət tullantıları ətraf mühitə ziyandır” mövzusunda maaarifləndirici tədbir keçirilib. Tədbirdə şagirdlərə bərk məişət tullantılarının insan sağlamlığına vurduğu zərər barədə ətraflı məlumat verilib. Tədbirdə çıxış edənlər məişət tullantılarının ekologiyaya mənfi təsiri, həmin tullantıların təkrar emala göndərilməsinin əhəmiyyəti haqqında danışıb.

Ətraflı
26.04.2019

"Oxu günü" ilə əlaqədar tədbir keçirilib

Rayonun Heydər Əliyev  parkında “Oxu günü” ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayonun ümumtəhsil məktəblərinin şagirdləri Azərbaycanın görkəmli şair və yazıçılarının əsərləri ilə tanış olub, maraqlı məlumatlar əldə edib. Şagirdlərin ifasında şeir parçaları və musiqilər səsləndirilib, əl işləri nümayiş etdirilib.

Ətraflı
17.01.2019

Təhsil nazirinin Neftçala şəhərində vətəndaşların qəbulu vaxtı dəyişdirilib

Təhsil naziri Ceyhun Bayramovun Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərinin 18 yanvar 2019-cu il tarixinə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilib.

Ətraflı
15.01.2019

20 Yanvar hadisələrinin iyirmi doqquzuncu ildönümü ümumtəhsil məktəblərində qeyd edilib

            Rayonun ümumtəhsil məktəblərində 20 Yanvar hadisələrinin iyirmi doqquzuncu ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilib. Şagirdlərə 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti, ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd olunması barədə məlumat verilib

Ətraflı
12.11.2018

Şahmat yarışı keçirilib

Şəhər 1 nömrəli tam orta məktəbdə məktəblilər arasında şahmat yarışı keçirilib. Yarışa rayonun dörd ümumtəhsil məktəbindən 55 nəfər şagird iştirak edib.

Ətraflı
02.11.2018

Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd edilib

Rayonun Çayüzü kənd tam orta məktəbində Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirilib.

Ətraflı
24.10.2018

Pilot layihənin müzakirəsi keçirilib

Çayüzü kənd tam orta məktəbində “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi” ilə əlaqədar görülmüş işlərin müzakirəsinə həsr edilmiş tədbir keçirilib

Ətraflı
19.10.2018

Maarifləndirici seminar keçirilib

Rayonun Köryədi kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin fiziki tərbiyə və çağırışaqədər hazırlıq müəllimləri üçün maarifləndirici seminar keçirilib

Ətraflı
17.10.2018

"Gerçəkliklər və perspektivlər" mövzusunda maarifləndirici tədbir keçirilib

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsi ilə birgə “Gerçəkliklər və perspektivlər” mövzusunda maarifləndirici seminar keçirib

Ətraflı
10.10.2018

"Narkomaniya bəşəri bəladır" mövzusunda maarifləndirici tədbir keçirilib

"Narkomaniya bəşəri bəladır" mövzusunda maarifləndirici tədbir keçirilib

Ətraflı
02.10.2018

Azərbaycançılıq ideologiyasının təbliğinə həsr edilmiş tədbir keçirilib

Avaş və Şəfəqli kənd tam orta məktəblərində azərbaycançılıq ideologiyasının təbliğinə dair geniş tədbir keçirilib

Ətraflı
25.09.2018

Beynəlxalq Sülh Günü qeyd edilib

21 sentyabr Beynəlxalq Sülh Günü münasibətilə silsilə tədbirlər keçirilib

Ətraflı
25.09.2018

Maarifləndirici seminar keçirilib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və rayon Təhsil Şöbəsinin birgə əməkdaşlığı ilə maarifləndirici seminar keçirilib.

Ətraflı