Açar söz: açıq dərs
Nəticə tapılıb: 15
18.02.2020

"Xocalı faciəsi"nin 28-ci ildönümünə həsr edilmiş açıq dərslər

Rayonun Heydər Əliyev Mərkəzində “Xocalı faciəsi”nin 28-ci ildönümünə həsr edilmiş açıq dərs təşkil edilib. Öncə şagirdlər Xocalı faciəsinə həsr edilmiş guşənin önünə çiçəklər düzüb, bir dəqiqəlik sükutla soyqırım qurbanlarının xatirəsi anılıb. Horavar kənd tam orta məktəbin müəllimi Sərxan Musayev XX əsrin ən dəhşətli faciəsi kimi tarixə düşən Xocalı faciəsi barədə məlumat verərək bildirib ki, günahsız insanların başına gətirilən bu soyqırım xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

26.12.2019

Açıq dərs

         Rayonun Bozayran kənd tam orta məktəbində İbrahimov Mirmövsümün  9-cu sinifdə riyaziyyat fənni üzrə “Modul işarəsi daxilində olan tənliklər”, Paşayeva Nuranənin Azərbaycan dili fənni üzrə “Təyin” mövzusunda açıq dərsləri təşkil edilib. Açıq dərslərdə Rayon Təhsil Şöbəsinin rəhbərliyi, metodist müəllimlər iştirak edib.

Ətraflı
25.12.2019

Məktəblərarası pedaqoji əməkdaşlıq əlaqələri yaradılıb

Rayon Təhsil Şöbəsinin 09 dekabr 2019-cu il tarixli 77/1 nömrəli əmrinə əsasən rayonun ümumtəhsil məktəbləri arasında pedaqoji əməkdaşlıq əlaqələri yaradılıb. Əməkdaşlıq əlaqələrinin yaradılmasında məqsəd qabaqcıl təcrübə nümunələrinin yayılması, gənc müəllimlərə metodiki dəstək və təhsilin keyfiyyətinin arırılmasından ibarətdir. Məktəblərarası pedaqoji əməkdaşlıq əsanasında açıq dərslər təşkil olunur, müzakirələr aparılır, müasir təlim texnologiyalarının tətbiqi vəziyyəti təhlil olunur.

Ətraflı
09.12.2019

Açıq dərs

Rayonun şəhər 2 nömrəli tam orta məktəbində Azər Abdulovun fizika fənni üzrə 7-ci sinifdə “Elastiklik qüvvəsi Huk qanunu” mövzusunda açıq dərs təşkil olunub. Açıq dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib

Ətraflı
29.11.2019

Açıq dərs təqdim olunub

Rayonun şəhər 2 nömrəli tam orta məktəbində Qədir Rufullayevin VI sinifdə açıq dərsi təşkil edilib. Açıq dərsdə RTŞ-nin müdiri Manaf Səmədzadə və digər təhsil işçiləri iştirak edib. Şagirdlərə ədədin istənilən  faizinin  tapılması qaydası resurslar vasitəsilə izah edilib, ədədin tam və bölünən hissələri barədə nümunələr numayiş etdirilib.

Ətraflı
25.11.2019

Xarici dilin tədrisi vəziyyətinin monitorinqi aparılıb

      ​Rayonun Şəfəqli kənd tam orta məktəbində xarici dilin tədrisi vəziyyətinin monitorinqi aparılıb. Məktəbin ingilis dili müəllimi Həbib Qənbərovun açıq dərsi təşkil edilib. Dərs zamanı şagirdlərin şifahi şəkildə eşitdiklərini başa düşdükləri, öz fikirlərini şifahi və yazılı ifadə edə bilmək bacarığı nümayiş etdirdikləri müşahidə edilib.

Ətraflı
06.06.2018

Şagirdlərin oxu vərdişləri inkişaf etdirilir

Anzov kənd tam orta məktəbdə şagirdlərin oxu vərdişlərinin vəziyyətini öyrənmək məqsədilə məktəb rəhbərliyi monitorinq keçirib

Ətraflı
06.06.2018

Açıq dərs keçirilib

Şəhər 2 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi İlhamə Cəfərovanın Azərbaycan dilindən “Həftə sonu” mövzusunda açıq dərsi təşkil edilib. Məktəbin gənc müəllimləri açıq dərsdə iştirak edib. Müəllim dərsi müasir təlim metodlarının tələbləri səviyyəsində quraraq bütün mərhələləri əhatə edib.

Ətraflı
31.05.2018

Əməkdaşlıq əlaqələri davam etdirilir

Rayonun bir qrup təhsil işçiləri “Pedaqoji əməkdaşlıq əlaqələri” çərçivəsində Masallı rayonunun İşgədərə və Bambaşı kənd tam orta məktəblərində olub

Ətraflı
30.05.2018

Şagirdlərin tədqiqatçılıq bacarığı inkişaf etdirilir

Şəhər 1 nömrəli tam orta məktəbdə şagirdlərin tədqiqatçılıq bacarığının inkişaf etdirilməsi istiqamətində müntəzəm iş aparılır

Ətraflı
24.05.2018

"Pedaqoji əməkdaşlıq əlaqələri" çərçivəsində növbəti tədbir həyata keçirilib

Rayonun Gavran və Nisəqala kənd tam orta məktəblərində “Pedaqoji əməkdaşlıq əlaqələri” çərçivəsində növbəti tədbir həyata keçirilib

Ətraflı
24.05.2018

"Pedaqoji əməkdaşlıq əlaqələri" çərçivəsində növbəti tədbir həyata keçirilib

Rayonun Gavran və Nisəqala kənd tam orta məktəblərində “Pedaqoji əməkdaşlıq əlaqələri” çərçivəsində növbəti tədbir həyata keçirilib. Tədbir əsanasında müxtəlif fikir mübadilələri aparılıb,açıq dərslər müzakirə edilib

            

Ətraflı
19.04.2018

Pilot layihənin tətbiqi davam edir

“Ümumi və ali təhsil müəssisəsi əməşdaşlığı üzrə pilot layihə”nin tətbiqi davam etdirilir.

Ətraflı
09.04.2018

Açıq dərs keçirilib

Şəhər 2 nömrəli tam orta məktəbdə Qədir Rufullayevin açıq dərs nümunəsi təqdim edilib.

Ətraflı
23.02.2018

Ümumi və ali təhsil müəssisələri üzrə pilot layihənin tətbiqi davam edir

Lənkəran Dövlət  Üniversitetinin müəllimləri Şəhər 1 nömrəli tam orta məktəbdə açıq dərslər keçirdilər.

Ətraflı