Açar söz: müəllim
Nəticə tapılıb: 121
09.12.2019

Açıq dərs

Rayonun şəhər 2 nömrəli tam orta məktəbində Azər Abdulovun fizika fənni üzrə 7-ci sinifdə “Elastiklik qüvvəsi Huk qanunu” mövzusunda açıq dərs təşkil olunub. Açıq dərsdə məktəb rəhbərliyi və müəllimlər iştirak edib

Ətraflı
29.11.2019

Açıq dərs təqdim olunub

Rayonun şəhər 2 nömrəli tam orta məktəbində Qədir Rufullayevin VI sinifdə açıq dərsi təşkil edilib. Açıq dərsdə RTŞ-nin müdiri Manaf Səmədzadə və digər təhsil işçiləri iştirak edib. Şagirdlərə ədədin istənilən  faizinin  tapılması qaydası resurslar vasitəsilə izah edilib, ədədin tam və bölünən hissələri barədə nümunələr numayiş etdirilib.

Ətraflı
27.11.2019

Əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi 

Rayonun Arus kənd tam orta məktəbində “Əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi” mövzusunda seminar təşkil edilib. Seminarda RTŞ-nin əməkdaşları, məktəb rəhbərləri, psixoloq, sinif rəhbərləri, fənn müəllimləri iştirak edib. Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə dövlətin təhsil siyasəti, təhsil sahəsində aparılan islahatlar, gənc müəllimlərə dövlət dəstəyi barədə geniş məlumat verib. M.Səmədzadə onu da bildirib ki, ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 may 2019-cu il tarixli, F-260 nömrəli əmrindən irəli gələn vəzifələr təhsil müəssisələrində ilboyu diqqət mərkəzində saxlanılmalı, bu sahədə hər bir təhsil işçisinin üzərinə düşən vəzifə layiqincə yerinə yetirilməlidir.

Ətraflı
13.11.2019

Gənc müəllimlərlə növbəti görüş təşkil edilib

Rayonun ümumtəhsil məktəblərində çalışan gənc müəllimlərlə görüşlərin növbəti mərhələsi təşkil edilib. Köryədi kənd tam orta məktəbində yaxın və ətraf kəndlərdə çalışan gənc müəllimlər və məktəb rəhbərləri ilə təşkil olunmuş görüşdə Rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə onların problemləri ilə tanış olub, təkliflərini dinləyib. Gənc müəllimlər çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı doğruldacaqlarına söz verib.

Ətraflı
27.09.2019

"İstedadlı şagirdlərlə işin təşkili" üzrə təlim layihəsi

Rayonun mədəniyyət sarayında təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Çayüzü kənd tam orta məktəbin direktoru Hacıabış Əhmədovun “İstedadlı şagirdlərlə işin təşkili” üzrə layihəsinin təqdimat mərasimi keçirilib.Mərasimdə RİH nümayəndələri, məktəb rəhbərləri, qabaqcıl müəllimlər, ictimaiyyət və media  nümayəndələri iştirak edib.

Ətraflı
16.09.2019

"Bilik günü" qeyd edilib

 

Rayonun ümumtəhsil məktəblərində “Bilik günü” ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə valideynlər  və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər yeni dərs ili münasibətilə pedaqoji kollektivlər, şagirdlər və məktəbə ilk dəfə qədəm qoyan birinciləri təbrik edib uğurlar arzulayıb.

Ətraflı
03.09.2019

Yeni tədris ilinin ilk dərs məşğələləri

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.

Ətraflı
29.08.2019

Əlavə yerləşdirmə ilə bağlı suallar “Həftənin sualı”nda

“Təhsil” televiziyasının “Həftənin sualı” verilişində müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə ilə bağlı ən çox verilən suallar cavablandırılır.

Ətraflı
22.08.2019

Məzunlarla görüş keçirilib

Rayon İcra Hakimiyyəti ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrlə görüş keçirib.Görüşdə ümumtəhsil məktəblərində çalışan qabaqcıl müəllimlər, məktəb rəhbərləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.

Ətraflı
24.07.2019

Müəllimlərin işə qəbulu imtahanlarının son günü

İyulun 24-də Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verir.

Ətraflı
15.07.2019

Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir

İyulun 8-dən müəllimlərin işə qəbulu imtahanlarına start verilib. Bu günədək imtahanlarda 15 797 namizəd iştirak edib.

Ətraflı
11.07.2019

Müəllimlərin işə qəbulu üzrə imtahan prosesi izlənilib

İyulun 11-də ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.

Ətraflı