Açar söz: şagird
Nəticə tapılıb: 147
10.03.2020

Birinci sinfə qəbula start verilir

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.

Ətraflı
03.03.2020

Dezinfeksiyaedici tədbirlər davam edir

Son günlər virusla əlaqədar təhsil müəssisələrində dezinfeksiyaedici tədbirlər intensiv xarakter alıb.Rayonun ümumtəhsil məktəblərinin böyük əksəriyyətində müvafiq tədbirlər həyata keçirilib. Məktəblərdə sanitar  epidemioloji vəziyyətə nəzarət gücləndirilib. Cari ilin yanvar ayından Təhsil Nazirliyi tərəfindən məktəblərə göndərilən dezinfeksiyaedici məhlulları vasitəsilə müvafiq tədbirlər həyata keçirilib.

Ətraflı
18.02.2020

"Xocalı faciəsi"nin 28-ci ildönümünə həsr edilmiş açıq dərslər

Rayonun Heydər Əliyev Mərkəzində “Xocalı faciəsi”nin 28-ci ildönümünə həsr edilmiş açıq dərs təşkil edilib. Öncə şagirdlər Xocalı faciəsinə həsr edilmiş guşənin önünə çiçəklər düzüb, bir dəqiqəlik sükutla soyqırım qurbanlarının xatirəsi anılıb. Horavar kənd tam orta məktəbin müəllimi Sərxan Musayev XX əsrin ən dəhşətli faciəsi kimi tarixə düşən Xocalı faciəsi barədə məlumat verərək bildirib ki, günahsız insanların başına gətirilən bu soyqırım xalqımızın yaddaşından heç vaxt silinməyəcək.

06.02.2020

Sınaq imtahanlarının nəticələri təhlil edilib

Rayonun Köryədi kənd  tam orta məktəbində 14 dekabr 2019-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən 9-cu  siniflər üzrə mərkəzləşdirilmiş sınaq imtahanlarının nəticələrinə həsr olunmuş geniş təhsilyanı şura yığıncağı keçirilib.

Ətraflı
30.01.2020

"Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsi keçirilib

Azərbaycan Respublikası Təhsil nazirinin müvafiq əmrinə əsasən “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətinddə rayonun şəhər 1 nömrəli tam orta məktəbində ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdlərinin iştirakı ilə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Ətraflı
27.01.2020

Respublika fənn olimpiadalarının rayon mərhələsinin qalibləri

12 yanvar 2020-ci il tarixdə keçirilən Respublika fənn olimpiadalarının rayon mərhələsində rayonun ümumtəhsil məktəbləri üzrə 29 nəfər 9-11-ci sinif şagirdləri yarımfinala vəsiqə qazanıb

Ətraflı
26.12.2019

Açıq dərs

         Rayonun Bozayran kənd tam orta məktəbində İbrahimov Mirmövsümün  9-cu sinifdə riyaziyyat fənni üzrə “Modul işarəsi daxilində olan tənliklər”, Paşayeva Nuranənin Azərbaycan dili fənni üzrə “Təyin” mövzusunda açıq dərsləri təşkil edilib. Açıq dərslərdə Rayon Təhsil Şöbəsinin rəhbərliyi, metodist müəllimlər iştirak edib.

Ətraflı
21.12.2019

"İstedadlı şagirdlərlə işin təşkili" üzrə növbəti təlim təşkil edilib

         Rayonun Çayüzü kənd tam orta məktəbində “İstedadlı şagirdlərlə psixoloji işin təşkili” mövzusunda növbəti 3 günlük təlim keçirilib. Təlimə rayonun ümumtəhsil məktəblərinin rəhbərləri,psixoloqlar,gənc müəllimlər cəlb edilib.   

Ətraflı
05.12.2019

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə tədbirlər

Rayonun ümumtəhsil məktəblərində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş silsilə tədbirlər təşkil edilib. Tədbirlərdə Ulu öndərin həyat və faəliyyətinə bir daha nəzər salınır, şagirdlərin ifasında dahi şəxsiyyətə həsr olunmuş şeirlər səsləndirilir. Heydər Əlievin Azərbaycanın müstəqilliyi, çiçəklənməsi naminə həyata keçirdiyi genişmiqyaslı layihələr, ölkəmizin dünyada tanınması üçün atdığı addımlar barədə şagirdlərə geniş məlumatlar çatdırılır.

Ətraflı
25.11.2019

Xarici dilin tədrisi vəziyyətinin monitorinqi aparılıb

      ​Rayonun Şəfəqli kənd tam orta məktəbində xarici dilin tədrisi vəziyyətinin monitorinqi aparılıb. Məktəbin ingilis dili müəllimi Həbib Qənbərovun açıq dərsi təşkil edilib. Dərs zamanı şagirdlərin şifahi şəkildə eşitdiklərini başa düşdükləri, öz fikirlərini şifahi və yazılı ifadə edə bilmək bacarığı nümayiş etdirdikləri müşahidə edilib.

Ətraflı
25.10.2019

"İstedadlı şagirdlərlə işin təşkili" üzrə təlimə start verilib

Rayonun Çayüzü kənd tam orta məktəbində “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi” çərçivəsində “İstadadlı şagirdlərlə işin təşkili” üzrə 4 günlük təlim təşkil edilib. Təlimə məktəb direktorları, direktor müavinləri, qabaqcıl müəllimlər, RTŞ-nin məsləhətçi və metodistləri cəlb edilib.

Ətraflı
17.10.2019

Yeni məktəb binası istifadəyə verilib

Rayonun Avun kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib. Məktəbin açılış mərasimində RİH Başçısı Ayaz Əsgərov çıxış edərək dövlətin təhsilə göstərdiyi diqqət və qayğı, məktəb binalarının tikintisi, müəllimlərin əmək haqqının hər il artırılmasından danışıb. A.Əsgərov bu məktəbin açılışı münasibətilə şagird və müəllimləri, kənd ictimaiyyətini təbrik edib.

Ətraflı
10.10.2019

Yeni modul tipli məktəblər istifadəyə verilib

  Rayonun  Şıxlar kəndində 80 yerlik , Bilnə  kəndində 40 yerlik yeni modul tipli məktəb binası istifadəyə verilib. Açılış mərasimində Rayon İcra Hakmiyyəti Başçısı Ayaz Əsgərov , idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.         

Ətraflı
27.09.2019

"İstedadlı şagirdlərlə işin təşkili" üzrə təlim layihəsi

Rayonun mədəniyyət sarayında təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Çayüzü kənd tam orta məktəbin direktoru Hacıabış Əhmədovun “İstedadlı şagirdlərlə işin təşkili” üzrə layihəsinin təqdimat mərasimi keçirilib.Mərasimdə RİH nümayəndələri, məktəb rəhbərləri, qabaqcıl müəllimlər, ictimaiyyət və media  nümayəndələri iştirak edib.

Ətraflı
16.09.2019

"Bilik günü" qeyd edilib

 

Rayonun ümumtəhsil məktəblərində “Bilik günü” ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə valideynlər  və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər yeni dərs ili münasibətilə pedaqoji kollektivlər, şagirdlər və məktəbə ilk dəfə qədəm qoyan birinciləri təbrik edib uğurlar arzulayıb.

Ətraflı