01.09.2020

Təhsilyanı Şuranın onlayn iclası keçirilib

01 sentyabr 2020-ci il tarixdə təhsilyanı şuranın onlayn iclası keçirilib. İclası giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə  yeni tədris ili münasibətilə iclas iştirakçılarını, o cmülədən pedaqoji kollektivləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Şura sədri M.Səmədzadə Təhsil naziri cənab Emin Əmrullayevin 2020-2021-ci tədris ilində təhsil işçilərinin qarşısında qoyduğu vəzifələr, eləcə də koronavirus (COVİD-19) pandemiyası dövründə həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.

         Şura sədri 15 sentyabradək bütün tədris müəssisələrində dezinfeksiya və təmizlik işləri, sanitar-epidemioloji vəziyyətin günün tələblərinə uyğunlaşdırılmasının vacibliyini diqqətə çatdırıb. Valideynlərin “Bilik günü”ndə məktəbə kütləvi axınının qarşısının alınması istiqamətində maarifləndirmə işinin həyata keçirilməsinin məqsədəmüvafiq olduğu göstərilib. 

            İclasda çıxış edən RTŞ –nin əməkdaşları pandemiya dövründə təhsilverənlərin “Virtual məktəb” layihəsində aktiv iştirakı, teledərslərə nəzarət, şagirdlərin təhsildən kənarda qalmaması istiqamətində lazımı zəruri tədbirlərin həyata keçirilməsi kimi məsələlərə toxunub.

            Sonda məktəb rəhbərlərinin sualları cavablandırılıb.