02.09.2020

Yeni tədris ilinə yeni məktəb binaları

Ölkəmizdə məktəb tikintisi ilə bağlı dövlət proqramlarında qarşıya qoyulan mühüm vəzifələr reallığa çevrilir. Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən rayonun müxtəlif kəndlərində yeni məktəb binalarının tikintisi davam etdirilir. Yeni tədris ilində Çanaxbulaq kəndində 56 yerlik, Peştəsər kəndində isə 80 yerlik modul tipli məktəb binası şagird və müəllimlərin istifadəsinə hazır vəziyyətə gətirilib. Yeni məktəb binaları müasir avadanlıqlarla təmin edilib, müasir istilik sistemləri quraşdırılıb.

         Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov məktəb tikintiləri ilə yaxından tanış olub. İstifadəyə veriləcək məktəblərdə koronavirus (COVİD-19) pandemiyası dövründə dezinfeksiya və təmizlik işləri aparılıb. A.Əsgərov məktəblərdə sanitar-epidemioloji vəziyyətin günün tələblərinə uyğunlaşdırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.

     Hazırda rayonun Qaraqaya kəndində 120 yerlik birtipli məktəb binasında son tamamlanma işləri aparılır. Əsədabad kəndində isə 180 yerlik birtipli məktəb binasının tikintisi davam edir. 

 

 

 


Açar sözlər: ,  ,