10.09.2020

Təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq işləri həyata keçirilib

Rayonun ümumtəhsil müəssisələrində yeni tədris ilinə hazırlıqla əlaqədar bir sıra profilaktik tədbirlər həyata keçirilib. Məktəb binaları, həyətyanı sahələr təmizlənib, sinif otaqlarında partalar sosial məsafəyə uyğun düzülüb. Aidiyyatı qurumlar tərəfindən məktəb binalarında dezinfeksiyaedici işlər aparılıb, lazımı təmizləyici məhlul və digər vasitələrlə təchiz edilib.

Təhsilalanların sıxlığı yüksək olan təhsil müəssisələrində şagirdlərin  yarımqruplara bölünməsi ilə əlaqədar qrafiklər qurulub. Yeni tədris ilinə dair uyğunlaşdırılmış tədris proqramlarına uyğun cədvəllərin tərtibatına başlanılıb. Sinif otaqlarının qapısı və dəhlizlərə koronavirus (COVİD-19) pandemiyası dövründə davranış qaydalarını əks etdirən bildirişlər vurulub. Valideynlər arasında bu sahədə maarifləndirmə işləri davam etdirilir.

Rayon Təhsil Şöbəsi yeni tədris ilində tədris və təlim-tərbiyə prosesinə hazırlığın vəziyyəti ilə əlaqədar monitorinqlərə başlayıb. Məktəb rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.

 

 

 

 

 


Açar sözlər: ,  ,