11.09.2020

Təhsil müəssisələrində sosial məsafənin təmin edilməsi məqsədilə tədbirlər həyata keçirilib

Rayonun ümumtəhsil məktəblərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin koronavirus(COVİD-19) pandemiyası dövründə sosial məsafənin təmin edilməsi ilə bağlı müvafiq təlimatından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlər həyata keçirilib.Məktəblərin həyətyanı sahələrində sosial məsafənin saxlanılması, və növbə ilə məktəbə daxilolma prosesinin tənzimlənməsi üçün şagird  kontingentinin sayından asılı olaraq dayanma nişanları çəkilib, parta və stullar arasında lazımı məsafə təmin edilib.

Giriş qapıları 1-dən artıq olan təhsil müəssisələrində qapılar (A,B,C və s.) şəklində kodlaşdırılıb. Hər bir giriş qapısının önündə sosial məsafənin gözlənilməsi üçün dayanma işarələri çəkilib.

Ayrı-ayrı kəndlərdə 15 sentyabr tarixində təhsil müəssisələrində sıxlığın yaranmaması üçün valideynlər arasında maarifləndirmə işləri aparılıb. Rayon Təhsil Şöbəsi təhsil müəssisələrində qeyd olunan məsələlərin daha səmərəli təşkili istiqamətində müvafiq köməklik göstərib, pedaqoji kollektivlərə sosial məsafənin təmin edilməsi ilə əlaqədar tapşırıq və tövsiyələr verib

 

 

 


Açar sözlər: ,  ,