15.09.2020

İlk dərs saatları başlayıb

Rayonun ümumtəhsil müəssisələrində ilk dərslər başlayıb. İlk dərs saatları ibtidai siniflərdə “Gigiyena qaydalarına necə əməl edirəm” , V-IX siniflərdə “ Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir” , X-XI siniflərdə “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunub.Mövzular barədə təhsilalanlara geniş məlumatlar verilib.

Təhsil müəssisələrində ilk dərs günü ilə əlaqədar nəzərdə tutulmuş bütün profilaktik tədbirlər həyata keçirilib. Sanitar-epidemioloji vəziyyət Azərbaycan Respublikası Nazirlər Kabineti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərarı və təlimatlarına uyğun yerinə yetirilib. Rayon Təhsil Şöbəsinin rəhbərliyi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi , o cümlədən sanitar-epidemioloji vəziyyətlə tanış olub. Hər bir müəssisə rəhbərinə bir daha ciddi tapşırıq və tövsiyələr verilib. Şagirdlər arasında maarifləndirici söhbətlər aparılıb.

Qeyd edək ki, yeni tədris ilində rayonun ümumtəhsil məktəbləri üzrə 2531 nəfər şagird ibtidai sinifdə təhsil alacaq. Onlardan 651 nəfəri I sinif şagirdləridir.