04.06.2021

Leyla Nəbizadənin uğuru 

İyunun 3 də Yardımlı rayon təhsil  şöbəsinin tabeliyində fəaliyyət göstərən  ümum təhsil məktəblərində buraxılış imtahanı keçrilib. Buraxılış imtahanında 580 nəfər şagird iştirak edib.  

İmtahanda iştirak edən M.F.Axundov adına  Yardımlı şəhər 1 nömrəli məktəbin IX sinif şagirdi Nəbizadə Leyla Bəhruz qızı rayon məktəbləri arasında ən yüksək nəticəyə imza atıb. O, maksimum 300 baldan 266 bal toplayaraq həm də, ümumi orta təhsil haqqında fərqlənmə attestatına namizərdliyini təsdiq edib.


Açar sözlər: ,  ,