11.06.2021

Sənəd qəbulu bu gün yekunlaşır

İyunun 11-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu prosesi yekunlaşır. Namizədlər bu gün saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Eyni zamanda, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər.

 

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı aşağıda təqdim edilən sual-cavab faylından əldə edə bilərsiniz.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair suallar və onların cavabları