16.09.2021

Yardımlı rayonu V.M.Nəciyev adına şəhər 4 nömrəli tam orta məktəbi üçün inşa edilmiş  yeni inzibati binasının açılış mərasimi keçirilib.

Sentyabrın 16-da Yardımlı rayonu V.M.Nəciyev adına şəhər 4 nömrəli tam orta məktəbi üçün inşa edilmiş  yeni inzibati binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil İnstitunun direktoru Rüfət Əzizov, Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Rayon  Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə və 14 saylı ƏMHM-in rəisi Ehtiram Muxtarov iştirak edib. 

Bildirilib ki, yeni inşa edilmiş məktəb 180 yerlikdir. 10 sinif otağından ibarət olmaqla, məktəbdə 2 laborotoriya , 4 fənn kabineti, 72 yerlik akt zalı, idman zalı, kitabxana, tibb otağı və bufet fəaliyyət göstərəcək. Məktəb müasir istilik və işıqlandırma  sistemi ilə təchiz edilib, həyətində müasir qazanxana sistemi quraşdırılıb.

Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.