10.11.2021

Şəhidin Anım mərasimi keçirilib.

            V.H.Məmməfov adına Yardımlı şəhər  2 nömrəli  tam orta məktəbdə  Şəhid Şamil Mirzəyevin anım mərasimi keçirilib.Şəhidin xatirəsi yad edilib, şagirdlərin ifasında şeirlər səsləndirilib.   

                    Sonra  məktəbin 4-cü sinfinə şəhidin adı verilməsi münasibəti ilə şəhid löhvəsinin açılışı olub.

            Tədbirdən sonra şəhidin məzarı önünə əklil və tər gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

             Tədbirdə Şəhid ataları, qazilər,və Vətən müharibəsi iştirakçıları,ictimaiyyət nümayəndələri iştirak ediblər.


Açar sözlər: ,  ,  ,  ,