Oktyabrın 10-da Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisinin açılış mərasimi keçirilib.
Ətraflı"Narkomaniya bəşəri bəladır" mövzusunda maarifləndirici tədbir keçirilib
Rayonun Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsi və Təhsil Şöbəsinin birgə əməkdaşlığı ilə şəhər 1, şəhər 2, Köryədi kənd tam orta məktəblərinin 9,10,11-ci sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya bəşəri bəladır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon Polis Şöbəsinin rəisi Arif Babayev Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər Dövlət Proqramı” barədə məlumatı tədbir iştirakçılarının nəzərinə çatdırıb. A.Babayev narkomaniyanın insan sağlamlığına zərərli təsiri, gənc nəslin narkomaniyaya qarşı mübarizə əzmində tərbiyə olunmasını ön plana çəkib.
ƏtraflıTəhsil naziri Ceyhun Bayramovun 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriki
.
ƏtraflıTədrisin keyfiyyəti artırılır
Azərbaycan Respublikası Təhsil Nzirliyinin 2019-2020-ci tədris ilinin prioritet fəaliyyət istiqamətlərinə dair 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrinin yerinə yetirilməsi ilə bağlı Rayon Təhsil Şöbəsində tədbirlər planı təsdiq edilmiş, müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.
Tədbirlər planına əsasən sentyabr ayının əvvəlində RTŞ yanında geniş şura yığıncağı keçirilmiş, əmrin mahiyyəti barədə məktəb rəhbərlərinə məlumat verilmiş, gözlənilən nəticələr diqqətə çatdırılmış, qarşıda duran həlli vacib məsələlər müəyyənləşdirilmişdir.
ƏtraflıSTEAM təhsil metodu
“Təhsil” televiziyasının “Təməl” verilişində STEAM mövzusu müzakirə olunur.
Ətraflı"İstedadlı şagirdlərlə işin təşkili" üzrə təlim layihəsi
Rayonun mədəniyyət sarayında təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Çayüzü kənd tam orta məktəbin direktoru Hacıabış Əhmədovun “İstedadlı şagirdlərlə işin təşkili” üzrə layihəsinin təqdimat mərasimi keçirilib.Mərasimdə RİH nümayəndələri, məktəb rəhbərləri, qabaqcıl müəllimlər, ictimaiyyət və media nümayəndələri iştirak edib.
Ətraflı"Bilik günü" qeyd edilib
Rayonun ümumtəhsil məktəblərində “Bilik günü” ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib. Çıxış edənlər yeni dərs ili münasibətilə pedaqoji kollektivlər, şagirdlər və məktəbə ilk dəfə qədəm qoyan birinciləri təbrik edib uğurlar arzulayıb.
ƏtraflıPedaqoji şura iclasları keçirilib
Rayonun ümumtəhsil məktəblərində 2018-2019-cu dərs ilinin yekunları və 2019-2020-ci dərs ilində qarşıda duran vəzifələrə həsr edilmiş pedaqoji şura iclasları keçirilib. Şura iclaslarında RTŞ-nin əməkdaşları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib.
ƏtraflıSentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçirilib.
ƏtraflıÜmumi təhsil müəssisələrinə direktor vəzifəsinə təyinat
2018-ci ildə elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsi və apelyasiya komissiyasının qərarına əsasən, şikayəti təmin olunan namizədlərin nəticələri açıqlanıb.
ƏtraflıTəhsil işçilərinin respublika konfransı keçiriləcək
Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçiriləcək.
ƏtraflıBölmə iclasları təşkil edilib
Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçilərin bölmə iclasları keçirilib. Bölmə iclaslarının təşkil olunmasında əsas məqsəd təhsil işçilərinin ənənəvi sentyabr konfransından irəli gələn məsələləri, həmçinin, 2018/2019-cu dərs ilinin yekunları, 2019/2020-ci dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək və təkliflər hazırlamaq.
ƏtraflıTəhsilyanı şuranın geniş yığıncağı keçirilib
Rayonun şəhər 1 nömrəli tam orta məktəbində təhsilyanı şuranın geniş yığıncağı keçirilib. Şuranın sədri Manaf Səmədzadə yeni dərs ili münasibətilə yığıncaq iştirakçılarını təbrik edib, yeni-yeni uğurlar arzulayıb.
Şurada 2018/2019-cu dərs ilinin yekunları, 9-11-ci siniflərin buraxılış imtahanlarının nəticələri , 2019/2020-ci dərs ilində qarşıda duran vəzifələr müəyyənləşdirilib. Təhsil nazirinin 30 avqust 2019-cu il tarixli F-531 nömrəli əmrindən irəli gələn vəzifələr barədə RTŞ əməkdaşları və məktəb rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
ƏtraflıYeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacaq.
ƏtraflıƏlavə yerləşdirmə ilə bağlı suallar “Həftənin sualı”nda
“Təhsil” televiziyasının “Həftənin sualı” verilişində müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə ilə bağlı ən çox verilən suallar cavablandırılır.
Ətraflı