Zəfər Günü ilə əlaqədar vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüş keçirilib.
Zəfər Günü ilə əlaqədar vətən müharibəsində iştirak etmiş təhsil işçiləri ilə görüş keçirilib.
Tarix Yazan Təhsil İşçiləri
Vətən müharibəsinin iştirakçıları olan Yardımlı rayon təhsil işçilərinə həsr olunmuş kitabın təqdimatı keçirilib.
"Ən yaxşı təqdimat" müsabiqəsi keçrilmişdir.
Rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında "Ən yaxşı təqdimat" müsabiqəsinin rayon turu keçirilmişdir.
ƏtraflıŞəhid ailələri ziyarət edilmişdir.
Birinci və ikinci qarabağ müharibəsinin şəhidlərinin ailələri ziyarət edilmişdir.
Təhsil müəssisələrində yeni tədris ilinə hazırlıq işləri həyata keçirilib
Rayonun ümumtəhsil müəssisələrində yeni tədris ilinə hazırlıqla əlaqədar bir sıra profilaktik tədbirlər həyata keçirilib. Məktəb binaları, həyətyanı sahələr təmizlənib, sinif otaqlarında partalar sosial məsafəyə uyğun düzülüb. Aidiyyatı qurumlar tərəfindən məktəb binalarında dezinfeksiyaedici işlər aparılıb, lazımı təmizləyici məhlul və digər vasitələrlə təchiz edilib.
ƏtraflıTəhsilyanı Şuranın onlayn iclası keçirilib
01 sentyabr 2020-ci il tarixdə təhsilyanı şuranın onlayn iclası keçirilib. İclası giriş sözü ilə açan Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə yeni tədris ili münasibətilə iclas iştirakçılarını, o cmülədən pedaqoji kollektivləri təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Şura sədri M.Səmədzadə Təhsil naziri cənab Emin Əmrullayevin 2020-2021-ci tədris ilində təhsil işçilərinin qarşısında qoyduğu vəzifələr, eləcə də koronavirus (COVİD-19) pandemiyası dövründə həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.
ƏtraflıAztəminatlı ailələrə ərzaq yardımı göstərilmişdir
Aztəminatlı ailələrə ərzaq yardımı göstərilmişdir
ƏtraflıHesabat yığıncağı keçirilib
Rayonun Şəfəqli kənd tam orta məktəbində Azərbaycan Respublikası Təhsil nazirinin 09 dekabr 2019-cu il tarixli F-717/1 nömrəli əmrinin icra vəziyyətinə dair hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında rayonun Nisəqala, Urakəran, Osnakəran, şəhər 4 nömrəli, Şəfəqli kənd tam orta və Bilnə kənd ümumi orta məktəblərin direktorlarının hesabatı dinlənilib.
ƏtraflıSınaq imtahanlarının nəticələri təhlil edilib
Rayonun Köryədi kənd tam orta məktəbində 14 dekabr 2019-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən 9-cu siniflər üzrə mərkəzləşdirilmiş sınaq imtahanlarının nəticələrinə həsr olunmuş geniş təhsilyanı şura yığıncağı keçirilib.
ƏtraflıAçıq dərs
Rayonun Bozayran kənd tam orta məktəbində İbrahimov Mirmövsümün 9-cu sinifdə riyaziyyat fənni üzrə “Modul işarəsi daxilində olan tənliklər”, Paşayeva Nuranənin Azərbaycan dili fənni üzrə “Təyin” mövzusunda açıq dərsləri təşkil edilib. Açıq dərslərdə Rayon Təhsil Şöbəsinin rəhbərliyi, metodist müəllimlər iştirak edib.
ƏtraflıMəktəblərarası pedaqoji əməkdaşlıq əlaqələri yaradılıb
Rayon Təhsil Şöbəsinin 09 dekabr 2019-cu il tarixli 77/1 nömrəli əmrinə əsasən rayonun ümumtəhsil məktəbləri arasında pedaqoji əməkdaşlıq əlaqələri yaradılıb. Əməkdaşlıq əlaqələrinin yaradılmasında məqsəd qabaqcıl təcrübə nümunələrinin yayılması, gənc müəllimlərə metodiki dəstək və təhsilin keyfiyyətinin arırılmasından ibarətdir. Məktəblərarası pedaqoji əməkdaşlıq əsanasında açıq dərslər təşkil olunur, müzakirələr aparılır, müasir təlim texnologiyalarının tətbiqi vəziyyəti təhlil olunur.
Ətraflı"Dəyirmi masa" keçirilib
Azərbaycan Respublikası Təhsil nazirinin 2019-2020-ci dərs ilində qarşıda duran vəzifələrə dair 30 avqust 2019-cu il tarixli F-531 nömrəli və 13 may 2019-cu il tarixli F-260 nömrəli əmrinin icrası vəziyyətinə dair “Dəyirmi masa” təşkil olunub. Rayonun Sırıq, Ostayır,Vəlixanlı kənd tam orta və Mamulğan kənd ümumi orta məktəb rəhbərlərinin hesabat məruzələri dinlənilib.
ƏtraflıAçıq dərs təqdim olunub
Rayonun şəhər 2 nömrəli tam orta məktəbində Qədir Rufullayevin VI sinifdə açıq dərsi təşkil edilib. Açıq dərsdə RTŞ-nin müdiri Manaf Səmədzadə və digər təhsil işçiləri iştirak edib. Şagirdlərə ədədin istənilən faizinin tapılması qaydası resurslar vasitəsilə izah edilib, ədədin tam və bölünən hissələri barədə nümunələr numayiş etdirilib.
Ətraflı